Əvvəlki illərin məzunları üçün imtahan keçiriləcək

Əvvəlki illərin məzunları üçün imtahan keçiriləcək

Dövlət İmtahan Mərkəzi aprelin 16-da ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən  əvvəlki illərin məzunları, o cümlədən,  eksternat qaydasında yekun qiymətləndirmədə (attestasiyada) iştirak edən və ya üzrlü səbəbdən 9-cu sinif buraxılış imtahanının 1-ci mərhələsində  iştirak edə bilməyən şəxslər üçün imtahanlar keçirəcək.
 
DİM-dən verilən məlumata görə, imtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunacaq.
Bu imtahanlarda iştirak edəcək şəxslər "İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə aprelin 11-dən etibarən çap edib götürə bilirlər.
İmtahanlar bütün binalarda eyni vaxtda saat 13:00-da başlanır.
İmtahanda 7177 (Bakı şəhərində 1927, Naxçıvan şəhərində 511, Gəncə şəhərində 980, Sumqayıt şəhərində 334, Şəki şəhərində 313, Bərdə şəhərində 810, Göyçay şəhərində 400, Şirvan şəhərində 641, Lənkəran şəhərində 864, Xaçmaz şəhərində 397) namizədin iştirakı nəzərdə tutulur.
İmtahanların idarə olunması üçün 47 imtahan rəhbəri, 546 nəzarətçi-müəllim ayrılıb.
 
Aktual.az
Xəbər 355 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR