Çevriliş təhlükəsi: Baş naziri təcili iclas çağırdı

Çevriliş təhlükəsi: Baş naziri təcili iclas çağırdı
  • DÜNYA

Slovakiyanın Baş naziri Robert Fitso hökumətin devrilməsi təhlükəsi ilə əlaqədar yanvarın 23-də ölkənin Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.
Aktual.az xəbər verir ki, o bunu mətbuat konfransında bildirib.
O qeyd edib ki, ölkədə mövcud hökuməti devirmək məqsədilə xarici ekspertlərdən ibarət qrup fəaliyyət göstərir.
"Hazırlanan model çox sadədir və bir çox ölkələrdə sınaqdan keçirilib. Təsdiq edə bilərəm ki, Slovakiyada Gürcüstandakı hadisələrdə və Ukrayna Maydan hadisələrində fəal iştirak edən ekspert qrupu var, bu qrup müxtəlif mənbələrdən maliyyələşdirilir", - o bildirib.
R.Fitso qeyd edib ki, hökumət əleyhinə adi etiraz aksiyaları zamanı dövlət orqanlarının işinə mane olmaq üçün hökumət binalarına soxulmaq və ya onları ələ keçirmək cəhdləri ola bilər.
Xəbər 74 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR