Çevriliş cəhdi Türkiyədə 194 ölümə bais oldu - rəsmi açıqlama - rəsmi açıqlama

Çevriliş cəhdi Türkiyədə 194 ölümə bais oldu - rəsmi açıqlama   - rəsmi açıqlama

General Ümit Dündar: Türkiyə hərbi çevrilişlər və xuntalar dönəmini arxada buraxıb

Türkiyə Silahlı Qüvvləri 1-ci ordu komandanı ordu generalı Ümit Dündar mətbuat konfransı keçirib.

Musavat.com Türkiyə mediasında istinadən xəbər verir ki, Ordu generalı Ümit Dündar mətbuat konfransında  15 iyulda baş verən hərbi çevrilişin yuxarıdan aşağı əmr sistemi xaricində gerçəkləşdirildiyini vurğulayıb.
"Millətmiz narahat olmasın, hərbi çevrilişlər və xuntalar dönəmi geridə qalıb” deyə general Ümit Dündar bildirib.
Dündar hərbi çevrilişdə iştirak edən 104 qiyamçının öldürüldüyünü təsdiqləyib. Qeyd edək ki, daha 90 nəfər dinc əhali, polis və müqavimət göstərən əsgərlər sırasından, həlak olub. Yəni toplamda, çevriliş cəhditürkiyəyə 194 ölümə bais olub. 
 
Ümit Dündar hərbi çevrilişdə iştirak edən 1563 hərbi qulluqçunun həbs edildiyini bildirib. General onların arasında yüksək rütbəli hərbçilərinin olduğunu bildirib.
 
Ümit Dündar hərbi çevrilişdə iştirak edən hərbi qulluqçulaırn “paralel çətə” ilə bağlı olduğunu təkrar edib və ordunun paralellərdən təmizlənəəcəyini söyləyib.
 
Ümit Dündar hərbi çevrillişdə iştirak edən heç kimin cəzasız qalmayacığını vurğulayıb.
 
Ümit Dündar bundan başqa xalqın hərbi çevriliş qaşısında dik durduğunu söyləyib və bununla bağlı olaraq siyasi partiyalara ayrıca təşəkkür edib.
//Aktual.az
Xəbər 2082 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR