Evliliklə bağlı şok Qadağa

Evliliklə bağlı şok  Qadağa

Femida.az xəbər verir ki,Tacikistanda yaxın qohumların nikaha girməsinə qadağan qoyulub. Ekspertlərin fikrincə, yaxın qohumluq əlaqəsi olan insanların nikaha girməsi nəticəsində ölkədə təxminən 26.000-dən çox sağlamlıq imkanları məhdud uşaqlar doğulub.

Tacikistanın Sağlamlıq və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bunun qarşısını almaq məqsədilə yaxın qohumluq əlaqəsi olan cütlüklərin ailə qurmasını qadağan edən qanunun qəbul edilməsinə hazırlaşır. 

Bu barədə məlumatı “Azadlıq radiosu”-nun Tacikistan bürosu məlumat yayıb. Əgər qanun qəbul olunarsa, bundan sonra qardaş və bacının, əmiqızı ilə əmioğlunun, hətta yarım qohumluq əlaqəsi olanlar belə ilə ailə qura bilməyəcək. Ekspertlərin hesablamalarına görə, sağlamlıq imkanları məhdud uşaqların 35%-i məhz yaxın qohumluq əlaqəsi olan insanların nikahı zamanı təsdiqləndi. 

Tacikistanın Sağlamlıq və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbəri Şirəli Rəhmətullayevin verdiyi məlumata görə, qanunun qəbulu sağlamlıq imkanları məhdud uşaqların sayının azalmasına səbəb olacaq. Rəsmi məlumatlara görə bu gün Tacikistanda 18 yaşına qədər 26.000-dən çox sağlamlıq imkanları məhdud uşaqlar yaşayır. Belə uşaqların daha çox yaşadığı bölgə Viloyati rayonudur.Burada sağlamlıq imkanları məhdud uşaqların sayı 60%-dir.

Tacikistan Prezidenti Emoməli Rəhmonun yaxın qohumluq əlaqəsi olan insanların nikahının qadağan edilməsi ilə bağlı parlamentə təklif verib. Bundan sonra dövlət televiziyası yaxın qohumluq əlaqəsi olan insanların evlənməsinin qarşısının alınması ilə bağlı kompaniyalara başlayıb.

Aktual.az

Xəbər 4288 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR