Müğənni Gülay Zeynallı və idmançı həyat yoldaşı Kamil Zeynallı "Yeri gəlmişkən" verilişinin qonağı olublar.
Aktual.az axşam.az-a istinadən xəbər verir ki, K.Zeynallı xanımının onu qısqandığını etiraf edib:
"Aramızda söz-söhbət qısqanclıqdan olub. Bəylər özünü hər zaman haqlı çıxarmağa çalışırlar. Kişi özünə fikir verəndə qadın qısqanır. Mənim də qısqandığım anlar olur. Ailəsinə bağlı bəydə bu hisslər olmalıdır. Həddini aşmamalısan ki, onu bezdirməyəsən. Öz xanımımla şəhərə çıxanda qızlar yaxınlaşır, salamlaşırlar. Qısqansa da, Gülay başa düşür ki, mənim işim xanımlarladır. Bir dəfə telefonumda mesaj görmüşdü. Amma mən o xanıma cavab verməmişdim. Silməyi unutmuşdum. Çox əsəbləşmişdi. Bir həftə evdə söz-söhbət oldu. Axırda münasibətimiz düzəldi".
G.Zeynallı həyat yoldaşının etirafına münasibət bildirib:
"Efirdə ailə haqda danışmağı sevmirəm. Hər ailədə söz-söhbət olur. Problemi həll etmək lazımdır. Hər xırda davada boşanmaq olmaz. Kamilin bu söhbəti danışacağını gözləmirdim. O mesaj yazan xanımlar mənim övladıma qurban olsunlar. Bu halları görəndən sonra qadın güclü olur. Düşüncəsi olan qadın yazmaz ki, ailəsi var. Evli birinə yazmaqla sən nə qazanırsan? Heç vaxt Kamilin telefonuna baxmıram. Bilirəm ki, nəsə olacaq. Ya gərək boşanasan, ya da dərd çəkəsən. Ailəni dağıtmaq istəyirəmsə, bütün günü telefonuna baxaram. İstəmirəm... Özümü boş yerə cürütmək istəmirəm".