Siz astrologiyaya inansanız da, inanmasanız da, eyni zodiak işarəsi altında dünyaya gələnlər oxşar keyfiyyətlərə malikdir. Hər işarə üçün müəyyən müsbət və mənfi cəhətlər xarakterikdir. Əlbəttə ki, heç kim ideal deyil, bütün bürclərin öz çatışmazlıqlar var.
Aktual.az publika.az-a istinadən əlamətlərə görə, ən təhlükəli və zəhlətökən kişi bürclərinin reytinqini ilə tanış edir. Yeri gəlmişkən, bu yazı gələcəkdə onları nələrin gözlədiyini bilmək istəyən qızlar üçün faydalıdır.
Qoç
Əgər sənin sevgilin və ya həyat yoldaşın Qoç bürcüdürsə, onda əvvəlcədən aptekə baş çəkib, antidepressant dərmanlar ala bilərsən. Bu zodiak işarəsi qoç inadkarlığı və eqoizmi ilə səni o biri dünyaya göndərə bilər. Onlar hətta haqlı olmadığını bilsə belə, yenə də mübahisə etməkdən, prinsip aparmaqdan yorulmur. Onların hər mövzu barədə həmişə öz şəxsi fikirləri olur, hətta məlumatı olmadığı məsələ ətrafında da fikir bildirməyi sevir. Pis əhval-ruhiyyədən doğan kəskin aqressiya və reaksiyalar bu zodiak işarəsinin bəzəyidir. Onların isterikası qəfil yarandığı kimi, tez də keçib gedir.
Buğa
Buğalar hesab edir ki, istədiyi hər şeyi edə bilər. Onlar həmişə özündən razıdır. Hətta özü ilə fəxr etməli heç bir hadisə olmadığı halda da özündənrazılıq onları tərk etmir. Buğa bürcləri ifrat inadkarlığı əsl kişi xarakterinə xas olan vacib keyfiyyət hesab edir, simicliyi isə ağıllı qənaətcillik kimi qəbul edir.
Əkizlər
Əkizlərlə darıxmaq olmur, amma artıq ikinci həftə intensiv ünsiyyət sayəsində özünü ümidsiz və ölənə qədər yorğun kimi hiss edəcəksən... Əgər sən Əkizlərin dəyişkənliyə son dərəcə meylli vəziyyətlərinə dözə bilsən, onda sənə abidə ucaltmaq lazımdır. Onlar gah burada, gah orada əylənməyi, insanların sinirləri ilə oynamağı xoşlayır. Onlarla birlikdə vaxt keçirmək maraqlı olsa da, gələcək daha qorxuludur. Əkizlərdən vəfa gözləmək əbəsdir, üzünü döndərən kimi onlar sənin rəfiqən ilə əməlli-başlı eşqbazlıq etməyə utanmır.
Xərçəng
Bu deyingən bürc hər qızda anasını axtarır, əgər öz idealını tapsa, onda mütləq evlənəcək. Xərçəng bürcləri üçün isti yuva, ailəsinin rahatlığı çox vacibdir. Lakin onlar evi təmizləmək, həmçinin yeməklə bağlı göstərişləri və iddiaları ilə həyat yoldaşını vaxtından əvvəl o biri dünyaya yola bilər. Xərçəngi ilə evlilik məhv olmuş gənclik deməkdir.
Şir
Özünə aşiq Şirlərin başı özünə o qədər qarışır ki, ətrafında heç kimi görmür. Hə, bir də ki, onlar özünü hər hansı incikliyi və pisliyi yadında saxlamayacaq qədər alicənab hesab edir. Buna baxmayaraq, onlar çox qısqanc, hirsli və küsəyəndir. Halbuki, özü kiminsə onu qısqanmasına dözmür və başqasının onu öz mülkiyyəti hesab etdiyi fikrini özünə yaxın buraxmır. Özünü kral sayan Şirlər sevdiyi qadına pul xərcləməyi xoşlayır, həm də gözəl qızların olduğu məclislərin heç birini buraxmır. O, həmişə birinci yerdə olmalıdır. Əgər birdən sən vacib işin çıxdığı üçün görüşü ertəsi günə salsan, o, bundan çox inciyəcək. Bağışlanmaq üçün çox gözləməli olacaqsan.
Qız
Bu bürclər vasvası, deyingən olması ilə dərhal seçilir. Onunla görüşməyə hazırlaşırsansa, hər xırda məsələyə görə danlanmağa və nəsihətlər eşitməyə hazır ol. Dözülməz dərəcədə tənbəl olsa da, özünün zəhmətkeş olduğu qənaətindədir. Emosiyaları çox gərgindir, sevgiyə isə çox ehtiyatla yanaşır.
Tərəzi
Tərəzi hər şeydən şübhələnən, sirli və müəmmalı bürcdür. İşləri yolunda getməyəndə çox əsəbi olur, bu zaman hirsini ilk qarşına çıxan adamın üstünə tökür. Xəyalpərəst Tərəzi bürcləri özündən mövcud olmayan müxtəlif problemlər uydurur, sonra isə uzun müddət onları həll edir. Çoxlu dostları var, amma həqiqətən demək olar ki, heç kimə etibar etmirlər.
Əqrəb
Dözülməz, kəskin və kinli Əqrəb bürclərinin tapşırıqları vaxtında və düzgün yerinə yetirilmədiyi halda hər kəsin həyatını cəhənnəmə çevirir. Tutqun, qaşqabaqlı baxışları öz kəskinliyi ilə kimi istəsən dəli etməyə qadirdir. Həddindən artıq qısqanc olsalar da, bunu nümayiş etdirməyi sevmirlər. Pul onlar üçün əhəmiyyətli deyil, amma doğum günündə vermədiyin hədiyyələrin sayını yaxşı yadda saxlayırlar.
Oxatan
O yalan danışmır, yalan danışan adamlara da dözə bilmir. Onlar hətta həqiqəti danışmaq məqsədəuyğun olmadığı zaman da yalan danışa bilmir. Əgər o sənin yalanını ifşa edibsə, cəzanı çəkməyə hazırlaş. Oxatan çox qısqanc olsa da, özü gözəl qızlarla tanışlıq fürsətini əldən buraxmır. Hətta özünəməxsus yumor hissi də, onun çatışmazlıqları kompensasiya etmək iqtidarında deyil.
Oğlaq
Oğlaq bürclərini nəyəsə inandırmaq demək olar ki, mümkün deyil. Hətta əgər o, səninlə razılaşıbsa, bu, ya təsadüfdür, ya da mübahisə abı-havasında deyil. Ona görə də ən yaxşısı ona təzyiq göstərmə, maraqlarına uyğun rəftar et və ideyalarını çox ehtiyatla təklif et. Zəhlətökən Oğlaqlar hay-küylü, şən məclislərə uzun müddət tab gətirə bilmir. Ümumiyyətlə, onlara sərf etməyən dəvətləri qəbul etmirlər. Bu bürcün nümayəndələri həm də şöhrətpərəst olur. Onlar böyük həyat təcrübəsinə malik olduğunu düşündüyü üçün bu haqda, necə yaşamaq lazım olduğu, xüsusən də pul xərcləmək barədə saatlarla sizə mühazirələr oxuya bilər.
Dolça
Bu bürc böyük xəyallar qurmağı və onlar barədə düşünməyi çox sevir, amma Dolçaların enerjisi və səbri onları reallaşdırmağa nadir hallarda çatır. Onun sizə verdiyi vədlərə, sözlərə inanmayın. Öz vədini yerinə yetirəcəyinə özü inansa da, nəticə gözlənildiyi kimi olmur. Ümumiyyətlə, ciddi işlərdə bu bürclərə güvənməmək yaxşıdır, ələlxüsus da, cəsarətli məsələlərdə bütün məsuliyyəti öz çiyinlərinə alacağını arzulamaq lazım deyil, ilk növbədə özünə güvən.
Balıq
Sənə özünə arxayın, öz gücünə böyük nailiyyətlər əldə edə bilən, buludlarda uçmayan normal oğlan lazımdır? Onda sən düzgün ünvanında deyilsən. Balıq bürcləri öz aləmlərində öz qanunları ilə yaşayır və real həyatla hesablaşmırlar. Balıq bürcləri əslində uşaq kimidir, onlar qətiyyətsiz, son dərəcə həssasdır. Onlara daim qayğı lazımdır, əks halda onlar uçurumdan yıxıla bilər.