Bu gün Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Kazım Abdullayevin doğum günüdür.
Qaynarinfo-ya danışan aktyor ad gününü bacısı ilə qeyd edəcəyini deyib:
"Bacım dəvət elədi, mən də qəbul etdim. Yoldaşım rəhmətə gedib, dulam. Ondan sonra evlənmədim. Açığı, heç belə bir fikirim də yoxdur. Evlənmək istəmirəm, bu, güclə deyil, xoşluqla atılan addımdır. Bir oğlum, bir qızım var. Hər ikisini köçürüb evləndirmişəm. 70 yaşım var, bundan sonra nə evlənmək...”
Aktyor arzularını da dilə gətirib:
"Allahdan bir arzum var, o da can sağlığı... İnsanların heç yanı ağrımasın. Son vaxtlar tez-tez xəstələnirəm. Əməliyyat olundum, iki dəfə də koronavirusa yoluxdum. Ağır günlərdi”.
Xəbər 1067 dəfə oxunub.