Bakının Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
FHN-in xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Xilasedicilər mənzilin giriş qapısını açıb, təxminən 50-55 yaşlı, şəxsiyyəti məlum olmayan kişinin meyitini aşkar edib və aidiyyəti üzrə təhvil veriblər.