Evə basqın edib dörd nəfəri bıçaqladılar - Lənkəranda

Evə basqın edib dörd nəfəri bıçaqladılar -  Lənkəranda

Lənkəranda quldurluq hadisəsi baş verib.

Aktual.az APA-ya istinadən xəbər verir ki, hadisə avqustun 13-də gecə saatlarında şəhər ərazisində qeydə alınıb. Adları hələlik açıqlanmayan şəxslər şəhər sakini, 1967-ci il təvəllüdlü Firdovsi Mirzə oğlu Əhmədovun evinə basqın edərək, ona, oğlu, 1993-cü il təvəllüdlü Qalib Əhmədzadəyə, qızı, 1995-ci il təvəllüdlü Rəmziyyə Əhmədzadəyə və yeznəsi, Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Uğur Ələddin Oğlu Əliyevə bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər.


Yaralıların dördü də dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hazırda onlara həkimlər tərəfindən zəruri tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.

 
Xəbər 504 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR