Evdə meyiti tapılan qadının nədən öldüyü bəlli oldu

Evdə meyiti tapılan qadının nədən öldüyü bəlli oldu

Masallıda evində meyiti tapılan 72 yaşlı qadının ölümü ilə bağlı bəzi detallar məlum olub.
 
APA-nın cənub bürosunun verdiyi məlumata görə, Gülgəz İsrafilova Ərkivan qəsəbəsinin Abaslı məhəlləsindəki evində yaşayıb. Səhər saatlarında evə gələn oğlu Mübariz İsrafilov qapının bağlı olduğunu görərək, pəncərədən içəri keçib. Anası yerdə uzanmış vəziyyətdə olub. Yaxınlaşdıqda onun öldüyünü görüb.
 
Qadının uzun müddətdir, şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyi bildirilən qadının yıxılaraq öldüyü güman edilir. Onun baş nahiyəsində xəsarət aşkarlanıb. Ehtimal olunur ki, yaşlı qadın yıxılarkən başından xəsarət alıb.
 
Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. İlkin araşdırma zamanı evə basqın olmadığı, heç bir qiymətli əşyaya toxunulmadığı müəyyənləşib. Meyit müayinə olunmaq üçün morqa aparılıb.
 
 Faktla bağlı araşdırma aparılır.
 
Aktual.az
Xəbər 309 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR