Yüksək sürətlə hərəkət edən evakuatorun yedəyində 4 motosiklet və onların sürücü və sərnişinlərdən ibarət 5 nəfər var.
Bu vəziyyəti Bakıda aeroport şossesində olan sürücülərdən biri mobil telefonla çəkib. Qəza işıqlarını yandıraraq hərəkətinə davam edən sürücü təxminən 15-20 kilometr gedir.
Heç bir təhlükəsizlik qaydasına əməl etməyən sürücünün hərəkəti yol hərəkəti haqda qanuna açıq aydın ziddir.
Ekspert Ərşad Hüseynov da sürücünün bu qaydada sərnişin aparmasını kobud qayda pozuntu adlandırır.//xəzərxəbər.com