Xaçmaz şəhərində 2 məktəbli-7 yaşlı Məhəmməd Abbasov və Murad Orucov müxtəlif xəsarətlərlə rayon mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə çatdırılıblar.
Aktual.az ans press-ə istinadən xəbər verir ki, Məhəmməd Abbasovu kran tipli evakuator avtomobili vurub.
Sol baldır sümüklərinin açıq sınığı diaqnozu ilə şöbəyə yerləşdirilən Məhəmməd Abbasova ilk tibbi yardım göstərilib. "Məktəbdən gələndə eşitdim ki, onu evakuator vurub", - qohumu Nərgiz Abbasova bildirib.
Xaçmaz polis şöbəsindən bildirilib ki, hadisə Xaçmaz şəhərinin Rəşid Behbudov küçəsində qeydə alınıb.
İkinci sinif şagirdləri Murad Orucov və Məhəmməd Abbasov velosipedlə gedərkən yıxılıblar. Məhəmməd Abbasovun ayağı yolla gedən, Cəbrayıl rayon sakini Samir Sadıqovun idarə etdiyi kran tipli evakuatorun arxa təkərinə dəyib və sınıb.
Velosipeddə olan Murad Orucov da xəsarət alıb və o da hazırda travmatologiya şöbəsində müalicə olunur. Hadisənin baş verməsinin tam səbəbləri araşdırılır.
Aktual.az