Ev satanların nəzərinə - Qaydalar dəyişdi + Video

Ev satanların nəzərinə   - Qaydalar dəyişdi + Video

Yanvarın 1-dən etibarən, ev satanlar yeni qayda ilə vergi ödəyəcək.

Aktual.az-ın ans press-ə istinadən məlumatına görə, söhbət vətəndaşın 5 ildən az qeydiyyatda olduğu əmlakından gedir. Belə əmlakların satışı zamanı hər kvadrat metr sahəyə görə 15 manat baza məbləği nəzərdə tutulub. 

Amma yerləşdiyi ərazidən asılı olaraq bu məbləğ müəyyən əmsala vurulur.

Məsələn, Bakı şəhəri 12 zonaya bölünüb və ən yüksək əmsal mərkəzdə - 4, ən aşağı əmsal ətraf qəsəbələrdə 1,2-dir. 

“Əmlakın alqı və ya satqısı prosesi həyata keçirilərkən onun hər kvadratı yaşayış sahəsinə münasibətdə 15 manat, vurulacaq zona əmsalına. Qeyri-yaşayış sahəsi olanda isə əlavə olaraq 1,5 yüksəldici əmsala vurmaqla nataruslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergisi tutulacaq”, – deyə vergilər nazirliyinin idarə rəisi Natiq Şirinov bildirib.

Bakının Yasamal rayonunda, Şərifzadə küçəsində yerləşən 70 kvadrat metr sahəsi olan evi götürək. Bu ünvan paytaxtın 5-ci zonasına düşür. Bu zonanın əmsalı 1.8-dir. Evin sahəsini baza məbləği olan 15 manata, sonra isə 1.8-ə vurmaq lazımdır. Deməli bu evin satışı zamanı 1890 manat vergi ödənməlidir.

Bakının zonalarının sərhədləri Nazirləri Kabinetinin bu ilin aprelində qüvvəyə minən qərarı ilə müəyyən olunub. Hər bir vətəndaş öz ünvanını burda tapa bilər. 

Aktual.az

Xəbər 4926 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR