Bakıda ev almaq istəyənlər üçün yaxşı fürsət yaranıb. Çünki mənzillərin qiymətləri xeyli dərəcədə aşağı düşüb.
Aktual.az xəzər tv-yə istinadən xəbər verir ki, Paytaxda evlər ötən ilə nisbətdə 5 faiz ucuzlaşıb.
Mütəxəssislər bildirirlər ki, qiymətlər orta hesabla 5-10 min manat aşağı düşüb.
Şəhərin mərkəzi hissələrində isə ucuzlaşma daha çox müşahidə edilir.
Qiymətlərdə azalmanın hətta cari ilin 1-ci rübünün sonunadək davam edəcəyi gözlənilir. Ekspertlər gələn ilin əvvəlinə qədər əmlak bazarında canlanma yaranacağını proqnozlaşdırmırlar.