Bu il "Eurovizion-2018” uşaq mahnı müsabiqəsində rekorda sayda ölkənin nüməydəsinin iştirakı gözlənilir.
"Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, məlumatı Belarus Milli Televiziya və Radio Şirkətinin mətbuat xidməti yayıb.
"Bu gün "Belteleradio" şirkəti "Eurovizion-2018” beynəlxalq uşaq mahnı yarışmasının təşkilatçısı kimi iştirak ölkələrin siyahısını Avropa Yayım Şurasına təqdim edib. 19 ölkə yarışda iştirak edəcəyini təsdiqləyib. Həmin dövlətlərin siyahısına ev sahibi Belarusla yanaşı, Azərbaycan, Albaniya, Avstraliya, Fransa, Makedoniya, Gürcüstan, İrladniya, İsrail, İtaliya, Ermənistan, Qazaxıstan, Malta, Polşa, Portuqaliya, Rusiya, Serbiya, Niderland və Uels də var”, - mətbuat xidməti vurğulayıb.
Uşaqların beynılxalq mahnı yarışması 2003-cü ildən keçirilir. Həmin il yarışmada 16 dövlət iştirak edib. 2010-cu ildə Minskdə keçirilən yarışmaya 14, 2017-ci ildə Gürcüstandakı tədbirdə 16 dövlətin yeniyetmə ifaçısı qatılıb.
2018-ci ilin noyabrında keçiriləcək mahnı yarışmasında isə rekord sayda - 19 dövlətin nümayəndəsnin iştirakı gözlənilir.
Qeyd edək ki, müsabiqənin qaydalarına əsasən, yarışmada 18 ölkə iştirak edə bilər. Ancaq "Eurovizion-2018”-in qalibi olan Belarusun "Belteleradio" dövlət şirkəti və Avropa Yayım Şurası istisna hal olaraq, İsrailin yarışmada iştirakına icazə verib. Bu səbəbdən iştirakçı dövlətlərin sayı 19-a çatıb.
Aktual.az
Xəbər 1183 dəfə oxunub.