"Eurovision 2017"nin ev sahibi Ukrayna olmayacaq?

  • DÜNYA

Rusiya "Eurovision 2017"nin ev sahibliyini edə bilər.

Aktual.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Avropa Yayım Birliyi (EBU) bəyan edib. Bildirilir ki, Ukrayna hökuməti yarışın harada və hansı vəsaitin hesabına keçiriləcəyini oktyabra qədər müəyyənləşdirməsə, ev sahibliyi Rusiyaya verilə bilər. Belə ki, qaydalara əsasən, qalib olan ölkə yarışı keçirməkdən imtina etdikdə müsabiqənin ev sahibliyi avtomatik olaraq 2-ci yer tutan ölkəyə verilir.

Xatırladaq ki, bu il keçirilən "Eurovision" musiqi yarışmasında Ukrayna 1-ci, Rusiya isə 2-ci yerin sahibi olub.

Xəbər 343 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR