ETTELAAT-ın xaricdəki terakt koordinatoru ifşa olundu

ETTELAAT-ın xaricdəki terakt koordinatoru ifşa olundu

İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) daxili təhlükəsizlik üzrə nazir müavini Seyid Yəhya Həmidi ləqəbli Seyid Hüseyn Pəncəki Tehran rejiminin xaricdəki müxaliflərinə sui-qəsd planlarının əsas tərtibatçısıdır.
Aktual.az  xəbər verir ki, bu barədə İran Müdafiə Nazirliyində olan mənbə xarici mediaya məlumat sızdırıb.
Bildirilib ki, Hüseyni Pəncəki İranın lideri Əli Xameneinin etibar etdiyi yeni nəsil kəşfiyyat rəhbərlərindən biridir.
23 yanvar 1975-ci il doğumlu Pəncəki Təbrizin Azad Universitetinin siyasi elmlər üzrə fəlsəfə doktorudur. O, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyində (ETTELAAT) "Şəhid Süleymani” bölməsini yaradıb. Bu bölmə dünyanın müxtəlif ölkələrində Tehran hakimiyyətinin müxalifləri və onun ideoloji düşmənlərinin aradan götürülməsi, təxribatların törədilməsinə cavabdehdir.
Təhlükəsizlik və Kəşfiyyat Nazirliyində həm də "İsrail Masası”nın müdiri olan Seyid Hüseyn Pəncəkinin adı 2018-ci ildə Parisdə İrana müxalif Xalq Mücahidləri Təşkilatının qurultayı zamanı terrora cəhddə əli olduğuna görə Avropa Birliyi və Britaniya tərəfindən sanksiyalar siyahısına salınıb.
Xəbər 137 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR