“Ətrafımızdakı 6-7 ölkə özünü idarə edə bilmir”

“Ətrafımızdakı 6-7 ölkə özünü idarə edə bilmir”

11 sentyabr hadisələrindən sonra dünyada terror təhlükəsi artdı.

Aktual.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Baş naziri Əhməd Davudoğlu G-20 ölkələrinin maliyyə nazirlərinin və mərkəzi bank rəhbərlərinin görüşündə deyib. O, Türkiyənin terrordan iqtisadi cəhətdən çox ziyan çəkdiyini bildirib:

“11 sentyabr hadisələrindən sonra dünyada terror təhlükəsi artdı. Bu gün bu, dünyanın əsas gündəm məsələsidir. Biz Türkiyə olaraq, terrorun yaratdığı gərginliyi çox yaxından hiss edirik. Türkiyənin ətrafındakı ən azı 6-7 dövlətdə mərkəzi hökumətlər ölkələrini idarə edə bilməyəcək vəziyyətdədir. Bu isə bizim ixracatımıza təsir edir. Bu ölkələrə Suriya, İraq, Ukrayna, Yəmən və Liviyanı göstərə bilərik”.

Xəbər 695 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR