Ermənistan paytaxtı Yerevanda bir neçə gün davam edən etiraz aksiyasının iştirakçıları prezident Serj Sarkisyanın təklifini qəbul etməyiblər.
Bu barədə Trend NEWS.am saytına istinadən xəbər verir.
Hökumət etirazçıların heç bir tələbini yerinə yetirmədiklərinə görə, aksiyaçılar mübarizə aparmağı davam etdirir və Baqramyan prospektini bağlı saxlayacağlarını deyiblər.
"Bizim mübarizəmiz tələblərimizin yerinə yetirilmədiyi ana qədər davam edəcək", - etirazçılar qeyd edir.
Aktual.az