Ətrin qalıcılığını artırmaq və qoxunun daha yaxşı yayıla bilməsini təmin etmək üçün bədənin hansı hissəsi ən ideal bölgə hesab olunur?
Aktual.az axşam.az-a istinadən xəbər verir ki, adətən bilək və boyun deyilsə də, göbək dəliyinin ən ideal bölgə olduğu ortaya çıxıb.
Ətir mütəxəssisləri göbək dəliyinin qoxunu bədənin istiliyi ilə yaymaq üçün mərkəz nöqtə olduğunu iddia edib.
Amerikalı ətriyyatçı Stiven Klasenin sözlərinə görə, göbək dəliyi mərkəzi nəbz nöqtəsidir və ətrin yayılması üçün əhəmiyyətlidir. Ətrin nəbzin güclü olduğu bilək və boyun hissəyə vurulması da eyni səbəbdən qaynaqlanır.
Bu fikri gündəmə gətirənlərdən biri də amerikalı aktrisa Liv Teylor olub. O, "The Gloss" jurnalına verdiyi müsahibəsində barmağına damcılatdığı ətrin bir hissəsini qoltuq altlarına, bir qismini isə göbək dəliyinə sürtdüyünü söyləmişdi.
Bir ingilis ətriyyatçısının fikrincə isə, bilək, boyun və dizlər qoxunu ən gözəl yayan bölgələrdir.
Xəbər 744 dəfə oxunub.