Hər kəs ətir vurur. Amma hər kəs ətirdən düzgün formada istifadə edirmi?
Aktual.az lent.az-a istinadən ətirdən doğru istifadə qaydaları ilə sizi tanış edir.
"Eau de Toilette" nədir?
Spirt faizi daha çox, ətir faizi az olan ətirlər kateqoriyasıdır. Tərkibinə 4-10% arası ətir daxildir. "Eau de Toilette"i paltara sıxmaq daha yaxşı nəticələr verəcək. 1,5 metrlik sahəyə qədər qoxu yaya bilən Eau de Toilette yazda istifadə üçün çox uyğundur. Saçlara da vurula bilər. Lakin ətri sıxıb sonra günəşə çıxmaq həm dəri, həm də saçlar üçün zərərli olacaq. Çölə çıxmadan 15 dəqiqə əvvəl ətir vursanız, belə bir problemlə qarşılaşmazsınız.
"Eau de parfum" nədir?
Əsas faizi ətir, spirt faizi daha az olan ətirlər kateqoriyasına aiddir. 8-15% arası ətir tərkiblidir. Əsasən markalar arasında ən çox seçilən kateqoriyadır.
Parfum nədir?
Digər ətir növlərinə nisbətən daha az tapılır. Tərkibində 15-25% arasında ətir olur. Digər növlərlə müqayisədə ən qalıcı ətirdir. Qulaq arxasına, biləklərə, boyuna bir neçə damcı vurmaq kifayətdir.
"Eau de Cologne"
Ətirlər arasında nadir seçilən növdür. 2-5% arası ətir sıxlığı baxımından yayda istifadəsi uyğundur.
"Eau Fraiche" (Fresh) nədir?
"Eau Fraiche" ətir kateqoriyasındakı ən uçucu ətir faizinə malikdir. Brendlər yay aylarında "fraiche"ləri bazara bu səbəbdən çıxarır. Tərkibində 3% və ya daha az ətir var. Duşdan sonra istifadəsi daha təsirli olur.
Ətir seçimində nələrə diqqət etmək lazımdır?
- Bədəninizin dəri rəngi, mövsüm və təbii ki, bədəninizin bu ətri necə daşıması bu məqamda əhəmiyyətlidir.
- Yay mövsümündə daha yüngül, çiçək ətirləri, qış aylarında daha ağır ətirlərə yönəlmək lazımdır.
- Başqasında bəyəndiyiniz ətir sizin bədəninizə uyğun gəlməyə bilər. Ətir alarkən mütləq öz dərinizə vurub yoxlayın.
- Ətri biləyə vuraraq seçin.
- Soyuqdəyməniz və ya yenicə xilas olduğunuz tənəffüs yolu narahatlığınız varsa, yaxşılaşdıqdan sonra ətir seçmək daha doğru olacaq.
İsti havada ətir necə istifadə edilir?
- İsti hava günlərində ətirdən çox, dezodorant istifadə etmək daha çox yerinə düşər. Gün şüaları dərini korladığı üçün spirt tərkibli ətirləri bədənə sıxmaq düzgün deyil. Gün şüasına məruz qalan dəri daha sürətlə korlandığı üçün yay mövsümündə dezodorant və ya bədən kremi istifadə etmək ən doğru seçimdir.
- Əgər ətrinizdən imtina edə bilmirsinizsə, duş geli və bədən losyonu istifadə edə bilərsiniz.
- Ətriniz ədviyyatlı, şəkərli və tünd qoxuludursa, yay mövsümündə bu tip qoxuları istifadə etmək daha yaxşı nəticə verəcək. İsti havanın ağırlığı ilə ətrin ağırlığının qarışması xoş olmur.