"Bir il əvvəl çətin vəziyyətlə üzləşmişdim. Onda mənim üçün asan deyildi".
Aktual.az apasport.az-a istinadən bildirir ki, bu sözləri İsveçrənin "Lutsern" klubunun futbolçusu Tomislav Pulyiç deyib.
Xorvatiyalı müdafiəçi xarici mətbuata açıqlamasında 1 il əvvəl komandasını dəyişmək variantının gündəmə gəldiyini bildirib. "Lutsern"dən ayrılmaq ehtimalı olan Pulyiçə çətin vaxtında Azərbaycandan təklif gəlib:
"Əslində, "Lutsern"də qalmaq istəyirdim. Sadəcə, həmin vaxt həyat yoldaşım hamilə idi. Buna görə də Xorvatiyada, onun yanında olmalı idim. Yoldaşım bir neçə həftə xəstəxanada qaldığından, komandadan ayrı düşdüm. Xorvatiyada fərdi məşq edirdim ki, formada qalım. Komandamı dəyişmək variantı yaranmışdı. Çünki həmin vaxt Azərbaycandan təklif almışdım. Ancaq gedəsi olmadım. Başqa kluba keçmədim, tanrı məni "Lutsern"ə qaytardı. Hazırkı oyunumundan razıyam. Göstərirəm ki, komandaya kömək etmək gücündəyəm".
Qeyd edək ki, Zaqreb "Dinamo"sunun yetirməsi olan Pulyiç 2010-cu ildən "Lutsern"də çıxış edir.