Etibar Pirverdiyevin istintaqa cəlb olunması xəbəri ilə bağlı açıqlama RƏSMİ

Etibar Pirverdiyevin istintaqa cəlb olunması xəbəri ilə bağlı açıqlama  RƏSMİ

“Azerenerji” Açıq Səhmdar Cəmiyyətinin sədri Etibar Pirverdiyevin mayın 19-da "Bank işi" ilə bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində bir neçə saat dindirilməsi barədə “Yeni Müsavat” qəzeti xəbər yayıb. 

Qəzetin yazdığına görə, E.Pirverdiyevlə Beynəlxalq Bank arasında borca görə məhkəmə çəkişməsi də olub.

Aktual.az-ın məlumatına görə, “Azərenerji” ASC-nin mətbuat xidməti rəhbərinin müavini Ələkbər Baxşəliyev Ölkə.az-a açıqlamasında bildirib ki, yayılan xəbər şaiyədir: "Etibar Pirverdiyev hazırda iş başındadır. Heç bir yerə çağrılmayıb. Yayılan məlumatlar həqiqəti əks etdirmir".

Aktual.az

Xəbər 2133 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR