Estoniya Rusiya ilə sərhəddə sərt qaydalar tətbiq edəcək

Estoniya Rusiya ilə sərhəddə sərt qaydalar tətbiq edəcək

Estoniya Maliyyə Nazirliyi hökumətə Rusiya ilə sərhədi keçmə qaydalarını sərtləşdirməklə bağlı planını göndərib.
Aktual.az "İnterfaks”a istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
"Estoniyanın avtomobil-sərhəd buraxılış məntəqələri vasitəsilə dövlət sərhədini keçmək və yüklərin daşınması yalnız səhər saatlarında mümkün olacaq”, - məlumatda bildirilib.
Məhdudiyyətlər sanksiya altında olan mallara nəzarətin gücləndirilməsi, habelə hərəkətin təhlükəsizliyinin təmin edilməsi zərurəti ilə əsaslandırılır.
"Sərhəd keçid məntəqələrinin fəaliyyətinə yenidən baxılması Estoniya dövlətinin 2022-ci ilin aprelində təsdiq etdiyi Rusiya ilə iqtisadi münasibətlərin minimum səviyyədə saxlanması prinsipindən, eləcə də ötən il qəbul edilmiş sanksiya siyasətindən irəli gəlir”, - maliyyə naziri Mart Vorklaev bildirib.

Xəbər 181 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR