Jurnalist Mehriban Qasımovanın suallarını cavablandıran hüquq müdafiəçisi azərbaycanlı girovların azadlığa çıxması üçün Avropada görülən işlərdən danışıb
Fevralın 3-də Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov CBC Azərbaycan kanalında yayımlanan "Çestno Qovorya” proqramının qonağı olub. Tanınmış aparıcı-jurnalist Mehriban Qasımovanın suallarını cavablandıran ADİHİ rəhbəri Avropadakı fəaliyyəti, beynəlxalq qurumlardakı çıxışları və görüləcək işlər barədə danışıb.
Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin hüquqlarının müdafiəsi istiqamətində görülən işlərdən danışan hüquq müdafiəçisi Avropada ikili standartların hökm sürdüyünü və Ermənistan hakimiyyətinin beynəlxalq qanun və normativlərə məhəl qoymadığını bildirib. Erməni tərəfdə qalan Azərbaycan əsgərinin meyitinin qaytarılması istiqamətində Azərbaycan dövlətinin intensiv işlər gördüyünü deyən Əhməd Şahidov yaxın vaxtlarda bu məsələnin öz həllini tapacağını da deyib.