"Əsrin sonunda İsrail adlı dövlət olmayacaq"

  • DÜNYA

İranın ali rəhbəri ayətullah Əli Xamneyi İsrailin əsrin sonunda mövcud olmayacağını bildirib.

Aktual.az APA-ya istinadən xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

"Allahın izni ilə əsrin sonuncu rübündə yer üzündə sionist rejimi deyilən bir anlayış olmayacaq. Ona qədər mübariz cihadçı ruh sionist rejiminə bir dəqiqə də aman verməyəcək", - deyə ayətullah Xameneyi Tehranda imam Xomeyni məscidində çıxışı zamanı bildirib.

İranla "altılıq" ölkələri arasında nüvə razılaşması barədə danışan ali dini lider Amerika ilə ancaq nüvə məsələləri ilə bağlı danışıqlar aparılacağını vurğulayıb. Onun sözlərinə görə, qarşı tərəf bu məsələdə öz işini yaxşı görüb.

Xameneyinin bəyanatı artıq İsrail baş naziri Benyamin Netanyahu tərəfindən pislənilib. Böyük Britaniya baş naziri Devid Kemeronla görüşən B. Netanyahu İranın İsraili məhv edə bilməyəcəyini vurğulayıb: "İsrail güclü dövlətdir, daha da güclü olacaq. Bütün məsuliyyət daşıyan ölkələr İranın nüvə razılaşmasından sonra daha da artan terrorizm və aqressiyasının qarşısını almaq üçün əməkdaşlıq etməlidir".

Xatırladaq ki, bu ilin iyulun 14-də İran və "altılıq" ölkələri Tehranın nüvə proqramı ilə bağlı razılığa gəliblər. Razılaşmaya görə, İran 5 il ərzində uranı zənginləşdirməyəcək. Əvəzində isə İrana tətbiq olunan sanksiyalar tədricən aradan qaldırılacaq.

Xəbər 810 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR