“Babək”, “Nəsimi”, “Həm ziyarət, həm ticarət”, “Qaçaq Nəbi” filmlərindəki əvəzsiz rolları ilə milyonların rəğbətini qazanmış Azərbaycan Respublikasının xalq artisti, "Şöhrət" ordenli Prezident təqaüdçüsü Rasim Balayev “Sağlam prostat” kampaniyasında iştirak edib.
Azərbaycan Avropa Tibb Assosiasiyasının sədri, Avropa Uroloqlar Cəmiyyəti İdarə Heyətinin üzvü, Fransa təhsilli uzman-uroloq, Dr. Araz Bayramov tərəfindən təşkil olunan “Sağlam prostat” kampaniyası ilə bağlı təəssüratlarını xalq artisti Rasim Balayev oxucularla bölüşüb.
“Araz Bayramov istedadlı uroloq və cərrahdır. Azərbaycanı dünya səviyyəsində təmsil etməyi və müasir urologiyanın ən son yeniliklərini ölkəmizə gətirməyi bacarıb. Olduqca dəqiq, peşəkar və dinamik insandır. “Sağlam prostat” kampaniyasına qatıldım və yaşımla əlaqədar məni maraqlandıran çoxsaylı suallara cavab tapdım. Çox sevinirəm ki, Azərbaycanda bu cür istedadlı mütəxəssislər, peşəkar həkimlər var. Mən buradan üzümü soydaşlarımıza tutaraq, onları öz sağlamlıqlarına biganə yanaşmamağa və Dr. Araz Bayramov kimi mütəxəssislərin imkanlarından istifadə etməyə çağırıram”.
Xatırladaq ki, Dr. Araz Bayramov Fransada təhsil alıb. Fransanın Eduard Heriot adına Mərkəzi Xəstəxanasında uroloq-cərrah işləyib. Həmin xəstəxanada Avropada ilk olaraq tətbiq edilən böyrək köçürülməsi əməliyyatlarında iştirak edib.
Azərbaycanda ilk dəfə Laparoskopik Uroloji və Cənubi Qafqazda ilk dəfə Laparoskopik Partial Nefrektomiya Unikal əməliyyatlarını həyata keçirib.
Hazırda Almaniyanın Kompyuterləşdirilmiş Ultrasəs Diaqnostika Mərkəzinin prostat adenoması və xərçənginin erkən ortaya çıxarılması və düzgün diaqnostikası üçün transrektal ultrasəs müayinələrinin tətbiqini həyata keçirir.
Heç bir kəsik, ağrı, narkoz olmadan laporokospik, endoskopik və mikroskopik üsullarla böyrək daşları və şişləri, prostat adenoması və şişləri, kişilərdə cinsiyyət üzvünün əyriliyi (Peyroni xəstəliyi), xaya damarlarının genişlənməsi (Varikosel) və s. əməliyyatları icra edir. Eyni zamanda kişi sonsuzluğu, prostat, böyrək xəstələliklərini Avropa protokollarına uyğun şəkildə müalicə edir.
Dr. Araz Bayramovun qəbuluna yazılmaq istəyənlərin öncədən bu nömrələrlə əlaqə saxlayıb, qeydiyyatdan keçmələri xahiş olunur!!!
(012) 511-24-93
(055) 255-55-45