Azərbaycan əsgərinin ölümü ilə bağlı cinayət işi açılıb.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 2015-ci ilin aprel ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsindən hərbi xidmətə çağırılmış Silahlı Qüvvələrin hərbi qulluqçusu, 1996-cı il təvəllüdlü əsgər Siraclı Məhəmməd Malik oğlunun ölümü ilə bağlı Qazax Hərbi Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.
Baş vermiş hadisə ilə bağlı ictimaiyyətə dəqiq məlumatın çatdırılması məqsədilə müvafiq qaydada Müdafiə Nazirliyi və Hərbi Prokurorluq birgə tədbirlər həyata keçirir.
Aktual.az