Əsgər çatışmır: Rusiya yeni səfərbərliyə hazırlaşır

Əsgər çatışmır: Rusiya yeni səfərbərliyə hazırlaşır
  • DÜNYA

Rusiya ordusunun Ukraynada cəbhə xəttində itkiləri əvəz etmək üçün kifayət qədər əsgəri yoxdur və bu, 2022-ci ilin fevralında müharibə başlayandan bəri ən yüksək səviyyəyə çatıb.
Aktual.az xəbər verir ki, bu barədə "Blumberq" Kremlə və Rusiya Müdafiə Nazirliyinə yaxın üç anonim mənbəyə istinadən məlumat yayıb.
"Bölgə məmurları çağırışçılara ödənilən ödənişlərin artırılmasına baxmayaraq, orta hesabla çağırış kvotalarının üçdə birindən çoxunu doldura bilmirlər. Rus ordusunun Kursk vilayətində Ukrayna qüvvələrinin hücumunu dəf edib sərhədə nəzarət edə bilməməsi Rusiyada müdafiə personalının olmadığını göstərdi. Bütün bunlar Rusiya hakimiyyətini cəbhə xəttindəki hərbçilərə möhlət vermək üçün "rotasiya” kimi təqdim oluna biləcək yeni səfərbərlik həyata keçirməyə məcbur edə bilər.
Yeni səfərbərlik əmri 2024-cü ilin sonunda verilə bilər", - məlumatda bildirilib.
Xəbər 162 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR