Əsədov Türkiyənin vitse-prezidentinə başsağlığı verdi

Əsədov Türkiyənin vitse-prezidentinə başsağlığı verdi

Azərbaycanın Baş naziri Əli Əsədov oktyabrın 24-də Türkiyənin vitse-prezidenti Cövdət Yılmaza başsağlığı məktubu ünvanlayıb.
Bu barədə Aktual.az-a Nazirlər Kabinetindən məlumat verilib.
Məlumata görə, Ə.Əsədov Ankara şəhərində yerləşən Türk Aviasiya və Kosmik Sənaye Şirkətində (TUSAŞ) törədilmiş terror aktı nəticəsində insan tələfatı və yaralananlar barədə xəbəri dərin kədər hissi ilə qarşıladığını bildirib.
Baş nazir bu ağır faciə ilə əlaqədar Türkiyənin Vitse-prezidentinə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verib, bütün yaralıların tezliklə şəfa tapmasını arzulayıb.
Xəbər 377 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR