Əsədlə Putinin gizli Moskva görüşü - Dörd ildə ilk dəfə

Əsədlə Putinin gizli Moskva görüşü   - Dörd ildə ilk dəfə
  • DÜNYA


Suriya prezidenti Bəşər Əsəd ötən gün axşam saatlarında Rusiyaya gizli səfər edib.
Bu barədə Aktual.az “Sputnik”ə istinadən xəbər verir.

Məlumata əsasən Bəşər Əsəd Rusiya lideri Vladimir Putinlə Rusiyanın bu ölkədəki keçirdiyi hərbi əməliyyatları müzakirə ediblər. Görüşdə Rusiya Hərbi-Kosmik qüvvələrinin terrorçulara qarşı anti-terror əməliyyatlarının davam etdirilməsinin vacibliyi vurğulanıb.

Məlumatı Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov da təsdiqləyib.

Onun sözlərinə görə, tərəflər həm ikitərəfli, həm də geniş tərkibli görüşlər keçiriblər. Geniş tərkibli görüşdə Rusiya tərəfindən yüksək rütbəli məmurlar iştirak ediblər.

“Danışıqlar uzun müddət davam etdi və onun əsas mövzusu hamıya aydındır”, – deyə Peskov vurğulayıb.

Qeyd edək ki, bu dörd il əvvəl Suriyada başlayan vətəndaş müharibəsindən bəri Suriya prezidenti Bəşər Əsədin ilk xarici səfəridir.

Xəbər 685 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR