Əsədin Moskvadan çıxışının qadağan edilməsi... - Kreml

Əsədin Moskvadan çıxışının qadağan edilməsi... - Kreml
  • DÜNYA

Suriyanın sabiq prezidenti Bəşər Əsədin Moskvadan çıxışının qadağan edilməsi və onun əmlakının dondurulması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.
Aktual.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O, əlavə edib ki, Əsədin həyat yoldaşı Əsma Əsədin Rusiyada yaşamaq şərtlərindən narazı olduğu və ölkəni tərk etməyi istədiyi barədə məlumatlar da doğru deyil.
Qeyd edək ki, Əsma Əsədin Londona köçmək istədiyi, buna görə Bəşər Əsəddən rəsmən boşanmaq üçün məhkəməyə müraciət etdiyi haqda məlumat yayılmışdı.
Xəbər 57 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR