Suriyanın devrilmiş prezidenti Bəşər Əsəd Moskvanın "Moskva Siti” rayonunda mənzillər alıb.
Aktual.az xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, Moskvaya qaçan Əsəd ailəsi 2019-cu ildə "Paytaxtlar şəhəri” və "Moskva Siti”dəki "Federasiya” qülləsində ümumu dəyəri 40 milyon dollar olan 19 mənzil alıb.
Bildirilib ki, Bəşər Əsədin oğlu Hafiz Əsəd Moskva Dövlət Universitetində "Cəbri say sahələrində çoxhədlilərin arifmetik sualları” üzrə rus dilində dissertasiya müdafiə edib.
Qeyd edək ki, 8 dekabrda "Heyət Təhrir əş-Şam” qruplaşması Dəməşqi ələ keçirib və Əsəd rejimini devirdiyini elan edib. Bəşər Əsəd və ailəsi Rusiyaya sığınıb.
Xəbər 130 dəfə oxunub.