Roma Papası Fransisk Suriyada prezident Bəşər Əsədi devirən "Heyət Təhrir əş-Şam" (HTŞ) silahlı qruplaşmasına çağırış edib.
Aktual.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
"Ümid edirəm ki, yeni münaqişələrə, parçalanmalara yol vermədən, ölkənin sabitliyini və birliyini məsuliyyətlə dəstəkləyən siyasi həll yolları tapılacaq. Müxtəlif dini qruplar ölkənin rifahı naminə dostluq və qarşılıqlı hörmət şəraitində yaşamalıdırlar”, - Papa bildirib.
Qeyd edək ki, 8 dekabrda "Heyət Təhrir əş-Şam” Dəməşqi ələ keçirərək, Əsəd rejimini devirib. Bəşər Əsəd və ailəsi Rusiyaya qaçıb.
Xəbər 71 dəfə oxunub.