"Əsəd və sanksiyalar Putinin vecinə də deyil"

  • DÜNYA

"Əgər ABŞ prezidenti düşünür ki, Rusiya prezidenti Vladimir Putinin Suriyadakı hərbi fəaliyyəti ölkəsindəki iqtisadi zəifliklə bağlıdır, tamamilə yanılır. Əslində isə Rusiya dünyada baş verən hadisələrdə çəkiyə malik olmaq istəyir".

Aktual.az  xəbər verir ki, bu fikirlər "Foreign Policy" nəşrində analitiklərin fikirlərinə istinadən yer alıb.

Rusiya üzrə Brukinqs İnstitutunun eksperti Klifford Qeddi iddia edir ki, Suriyada hərbi əməliyyatların əsas məqsədi prezident Bəşər Əsədə yardım etmək yox, Moskvaya siyasi nüfuzu qaytarmaqdır.

"Rusiyanın ABŞ-la münasibətləri korlamaq istəyi yoxdur. O, sadəcə qərarların qəbul edilməsi prosesində iştirak etmək istəyir. Rusiyanın cəsarətli addımı ABŞ-ı danışıqlar masası arxasına əyləşdirmək üçündür", - deyə Klifford Qeddi əlavə edib.

Ekspertin fikrincə, Obama anlamır ki, sanksiyalar Rusiyanın saxlamaq gücündə deyil.

Xəbər 475 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR