Əsəd Su-24-ün vurulma səbəbini açıqladı

Əsəd Su-24-ün vurulma səbəbini açıqladı
  • DÜNYA

"Rusiyanın məsələyə qarışması dünyada balansı dəyişdiyi üçün Ərdoğan əsəbiləşib"

Aktual.az-ın Ölkə.Az-a istinadən xəbərinə görə, Suriya prezidenti Bəşər Əsəd hesab edir ki, Rusiyaya məxsus Su-24 bombardmançısının məhv edilməsi Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğanın barışmazlığıdır.

Bu fikri Əsəd Çexiyanın telekanallarından birinə müsahibə verərkən deyib.

Suriya liderinin sözlərinə görə, Rusiyanın məsələyə qarışması dünyada balansı dəyişdiyi üçün Ərdoğan əsəbiləşib.

"Ərdoğanın, onun terrorçu qruplaşmalarının Suriyada iflasa uğraması onun siyasi məhvi deməkdir", - deyə Əsəd qeyd edib.

O əlavə edib ki, Ərdoğanın etdikləri güclər nisbətini dəyişə bilməz.

"Terrorizmə qarşı müharibə davam edir, Rusiyanın dəstəyi daha güclü olacaq", - deyə o əminliklə əlavə edib.

Xəbər 410 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR