"Əgər Suriya münaqişəsi ilə bağlı danışıqlar prosesi nəticə verməsə Bəşşar Əsəd hərbi güc ilə hakimiyyətdən uzaqlaşdırıla bilər".
Aktual.az-ın "Report"-a istinadən verdiyi xəbərə görə, bu fikri CNN telekanalına müsahibəsində Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Əl-Cubeyr səsləndirib.
Onun sözlərinə görə, Bəşşar Əsəd çox zəifdir və onun sonu gəlib. "Öz dövlətinin dağılmasından cavabdeh olan şəxs bu ölkədə yaşamaq hüququnu itirib", - deyə Adil Əl-Cubeyr vurğulayıb.
Nazir bildirib ki, Səudiyyə Ərəbistanı Suriyaya hərbi kontingent göndərməyə hazırdır. Ancaq bunun üçün ilk növbədə müvafiq koalisiya yaradılmalıdır.