Ər-Riyadda keçirilən İslam Əməkdaşlıq Təşkilatının iclasında Suriya Prezidenti Bəşər Əsədin çıxışını dinləmək imkanım olmadı. Çünki Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüş üçün zalı tərk etdim.
Aktual.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.
Qeyd edək ki, iclasda Əsədin çıxışı zamanı Ərdoğanın zalı tərk etməsi müzakirələrə səbəb olmuşdu.
Xəbər 243 dəfə oxunub.