2016-cı ilin yanvar-may aylarında 2015-ci ilin müvafiq dövrünə nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 10,4 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 11,9 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 15,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 4,4 faiz artıb.
Aktual.az Modern.az-a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2016-cı ilin yanvar-aprel aylarında muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz artaraq 487,5 manat təşkil edib.
2016-cı ilin yanvar-may aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri nominal ifadədə 8,3 faiz artaraq 17511,6 milyon manata çatıb. Gəlirlərin 79,4 faizi son istehlak xərclərinə, 9,5 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,8 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmiş, 8,3 faizi isə yığıma yönəldilib.
Xəbər 391 dəfə oxunub.