Ağstafada oğurluq hadisəsi olub. Rayonun Poylu kəndində Oqtay Osmanovun işlətdiyi ərzaq mağazası qarət edilib.
Aktual.az Kəpəz TV (Region TV)-yə istinadən xəbər verir ki, oğrular ticarət obyektindən 270 manat nağd pul, danışıq kartları və müxtəlif ərzaq məhsullarını oğurlayıblar.
Cinayət əməlini həyata keçirmək üçün əvvəlcə obyektin işığını söndürən şəxslər daha sonra isə kilidi sındıraraq içəri daxil olublar. Daha sonra ələ keçirdikləri qəniməti götürərək ərazidən uzaqlaşıblar. Ağstafa polisi faktla bağlı araşdırma aparır.