Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Aktual.az xəbər verir ki, o, təbrikini tviterdə etdiyi paylaşımla çatdırıb.
"34 il əvvəl - 17 noyabr 1988-ci ildə Bakıdakı Azadlıq meydanında toplaşan 2 milyon azərbaycanlı qardaşımız müstəqillik məşələni yandırıblar və müstəqil Azərbaycan dövlətini yaradıblar. 17 noyabr - Milli Dirçəliş Gününü təbrik edir, Azərbaycan xalqına ən səmimi arzularımı çatdırıram”, - dövlət başçısı bildirib.
Xəbər 214 dəfə oxunub.