Dünyanın ən zəngin modeli, "erotika kraliçası" sayılan braziliyalı Jijel Bundhen Parisdə plastik cərrahının yanına gedərkən çarşab geyib.
Onun yanındakı kiçik bacısı da çarşabda olub.
Aktual.az milli.az-a istinadən bildirir ki, Bundşenin fotoları yayılandan sonra qalmaqal qopub.
Səbəb isə 35 yaşlı modelin bu davranışı ilə Fransa qanunlarını pozmasıdır. Fransa qanunvericiliyinə görə, ictimai yerlərdə çarşab, niqab və ya burkada peyda olmaq qadağandır.
Aprel ayında Bundhen son dəfə podiuma çıxmışdı. Braziliyanın San-Paulu şəhərində keçirilən Yüksək Moda Həftəsi çərçivəsində o, "Collci" brendinin yeni kolleksiyaını tanıtdırıb.
J.Bundhen 2009-cu ildən bəri futbolçuTom Bredi ilə nikahdadır. Onların iki övladı var.




