Ermənistanın xarici borcu 2016-cı ilin 31 mart tarixində 4 milyard 405 milyon dollar təşkil edib.
Aktual.az qafqazinfo-ya istinadən bildirir ki, fevralın 29-u bu göstərici 4 milyard 342 milyon dollar olub. Dövlət Statistika Xidməti göstərilən dövr ərzində ölkənin xarici borcunu 63 milyon dollar artdığını vurğulayıb.
Mərkəzi Bankın borcu isə 487 milyon dollardır