“Ermənistanın törətdiyi təxribat çox böyükdür” – Əli Həsənov

“Ermənistanın törətdiyi təxribat çox böyükdür”    – Əli Həsənov

Prezidentin köməkçisi Əli Həsənov Azərbaycan Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərimizdə düşmənə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərini birtərəfli qaydada dayandırmasına münasibət bildirib.

Aktual.az  xəbər verir ki, CNN TÜRK-ə açıqlama verən Əli Həsənov  bildirib ki, Azərbaycan tərəfi dünəndən bəri atəşi dayandırıb: “Əgər ermənilər atəşi davam etdirsələr, Azərbaycan da özünü müdafiə edəcək. Çünki, təmas xəttindəki ərazilərin hər biri Azərbaycan kəndləridir. Müharibədə belə vəziyyətlər olur, amma Ermənistanın törətdiyi təxribat çox böyükdür. Azərbaycan özünü müdafiə edir”.

Xəbər 474 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR