Ermənistanın təxribatları regionda problem yaradır - Prezident

Ermənistanın təxribatları regionda problem yaradır - Prezident

Ermənistanın təxribatı regionda iki dövlət arasında münasibətlərin normallaşması prosesinə böyük zərbədir. Vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
 
Aktual.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Səmərqənddə keçirilən sammitində çıxışı zamanı deyib. 
 
Dövlət başçısı vurğulayıb ki, Ermənistanın təxribatları regionda problem yaradır: 
 
"Ermənistanın təxribatı regionda iki dövlət arasında münasibətlərin normallaşması prosesinə böyük zərər vurur. Burada da ən böyük məsuliyyət Ermənistanın üzərinə düşür. Ermənistan Zəngəzur dəhlizinin açılmasına maneə olur. Zəngəzur dəhlizi region ölkələrinin nəqliyyat imkanlarını daha da artırmaq məqsədi daşıyır. Dəhlizin açılması bütün region ölkələri üçün faydalıdır”. 


Xəbər 316 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR