Ermənistanın qadağan olunmuş lazer silahı var?

Ermənistanın qadağan olunmuş lazer silahı var?

Ermənistan istifadəsi qadağan olunmuş lazer silahı istehsal edir.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş Qərargahın şöbə rəisinin müavini polkovnik-leytenant Aram Sayadyan “Ayoç Aşxar” qəzetinə
müsahibəsində bildirib.

Onun sözlərinə görə, yeni lazer qurğusu Ermənistan hərbi-sənaye kompleksi ilə əməkdaşlıq edən şirkətlərdən biri tərəfindən yaradılıb.

Qurğunun əsas vəzifəsi hərbi xarakterli optikanın müəyyənləşdirilməsidir. Qurğu durbinləri, istənilən optik və optik-elektron kəşfiyyat qurğuları – televizorları, elektron
kameraları, gecə görmə cihazı və snayper qurğularını aşkarlamağa imkan verir. Erməni tərəfinin iddiasına görə, bu silah snayperi atəş açmazdan əvvəl görməyə zəmin
yaradır.

Snayper gizlənsə də, optikanı gizlədə bilmir. Çünki o hədəfi görməlidir. Bu optikanı müəyyənləşdirdikdən sonra qurğu snayperin yerini aşkarlayır və güclü lazer şüası ilə onun
optikasını bloklayır.

Sayadyanın sözlərinə görə, qurğu snayperin gözlərini zədələyə bilər.

Qeyd edək ki, Lazer silahı beynəlxalq konvensiyalarla qadağandır. Belə çıxır ki, ermənilər artıq ikinci dəfə beynəlxalq hüquqla qadağan edilmiş silah düzəltdiklərini bəyan
edirlər. Birincisi isə onlarda “çirkli bomba”nın olmasın barədə bəyanatlar idi.

"Çirkli bomba"ların yüksək şüalanma fonu yaratmaq xüsusiyyəti var: "Çirkli bomba"lar partlamır. Onlar mərmilərə, raketlərə birləşdirilir və onlarla bərabər müəyyən ərazilərə
çatdırılır.

1950-ci illərin ortalarında keçmiş SSRİ-də "çirkli bomba"ların istifadəsi haqqında böyük proqram olub. Ona görə də çox güman ki, Ermənistanın belə bombalar hazırlamaq
təcrübəsi var. Çünki sovet dövründə həmin sahədə işləyənlər erməni mütəxəssislər olub. Buna görə də "çirkli bomba"lardan istifadə baxımından da real təhlükə var".

Xəbər 626 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR