Ermənistanın baş hərbi müfəttişi istefa verib

Ermənistanın baş hərbi müfəttişi istefa verib
  • DÜNYA

Ermənistan Müdafiə Nazirliyi Hərbi nəzarət xidmətinin rəisi Movses Akopyan vəzifəsindən istefa verib.

"Report” "Qraparak”a istinadən xəbərə verir ki, bu barədə onun özü məlumat verib.
M.Akopyan bildirib ki, yaxın zamanda keçirəcəyi mətbuat konfransında istefasının səbəbi ilə bağlı açıqlama verəcəyini deyib.
Qeyd edək ki, Movses Akopyan 2019-cu il mayın 24-də Ermənistanın baş naziri Nikol Paşinyanın sərəncamı ilə baş hərbi müfəttiş təyin edilib. O, bu vəzifəyədək Ermənistan silahlı qüvvələri baş qərargahının rəisi olub.
M.Akopyan 1965-ci il fevralın 4-də Azərbaycanın Xocavənd rayonunda anadan olub.
Xəbər 342 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR