"Beynəlxalq ictimaiyyətin çağırışlarına və atəşkəs razılaşmasına baxmayaraq, Ermənistan Azərbaycanın mövqelərinə artilleriya zərbələrini davam etdirir".
Aktual.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva tviter səhifəsində yazıb.
"Ermənistanı dağıdıcı fəaliyyətdən çəkinməyə və humanitar atəşkəsə riayət etməyə çağırırıq. Sülh yalnız beynəlxalq qanuna ciddi riayət etməklə mümkündür”, - deyə XİN rəsmisi qeyd edib.
Xəbər 312 dəfə oxunub.