2015-ci ildə Türkiyəyə səyahət edən Ermənistan vətəndaşlarının sayında azalma müşahidə olunub.
Aktual.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, ötən il 48 522 nəfər Türkiyəyə səfər edib. Bu barədə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, 2015-ci ilin dekabrında Türkiyəyə səfər edən ermənilərin sayı 2913 nəfər olub, bu da əvvəlki ilin analoji göstəricilərindən 20% aşağıdır.
Ümumilikdə 2015-ci il ərzində Ermənistandan Türkiyəyə gedən vətəndaşların sayı 2014-cü illə müqayisədə 28% azalıb.