İrəvan Minsk prosesinin davam etdirilməsi məsələsinə sülh müqaviləsinin bağlanması kontekstində baxa bilər.
Aktual.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi "Azadlıq” radiosunun sorğusuna cavabında bildirib.
"Azərbaycan sülh müqaviləsinin imzalanması üçün Minsk qrupunun buraxılmasını ilkin şərt kimi qoyurmu, İrəvan niyə qurumun buraxılması ilə razılaşmır və ola bilərmi ki, Ermənistan yaxın gələcəkdə fikrindən daşınsın və Bakı ilə birlikdə Minsk Qrupunun ləğvi ilə bağlı ATƏT-ə birgə bəyanat təqdim etsin” sualına XİN bu cür cavab verib:
"Ermənistan tərəfi Minsk prosesinin davam etdirilməsi məsələsinə münasibətlərin hərtərəfli nizamlanması və ilk növbədə sülh müqaviləsinin bağlanması kontekstində baxa bilər”.
Xəbər 272 dəfə oxunub.